Xidmətlərimiz – Ekskluziv  Dizaynların İşlənilməsi
STD GLASS müştərilərinə onların bazara daxil edəcəkləri məshulların
satışının uğurlu olmasına yardımçı ola biləcək eksluziv şüşə butulka və
banka dizaynlarının işlənilməsini təklif edir.

Eksluziv  Dizaynların İşlənilməsi – Bu sizin yeni brendinizin yaradılması
üçün ilkin və vacib mərhələdir. İşləniləcək dizayn müasir tendensiyaya və
bazarın tələblərinə cavab verməlidir.

Bununla əlaqədar olaraq, şirkətimiz müştərilərə müxtəlif məhsulların,
məsələn: araq, konyak, pivə, şərab, mineral sular, limonadlar, meyvə şirələri
və s. qablaşdırılması üçün  lazım olan müxtəlif dizaynlı şüşə butulkaların
ya bankaların hazırlanmasına dair aşağıdakı xidmətlər spektrini təqdim edir:

  • Müştərilərin istək və tələblərini nəzərə alaraq, onlara bir neçə çeşidli
      dizaynların təklif olunması
  • Müştərilərin razılığı ilə seçilmiş variantın eskiz nümunəsinin hazırlanması
  • Hazırlanmış eskizin müştəriyə qərar qəbul edə bilməsi üçün təqdim olunması
  • Müştəri tərəfindən qərarı verilmiş dizaynın qiymət təklifinin verilməsi
  • Dizaynı təsdiqlənmiş məhsulun (butulka və  ya banka) istehsalı üçün tələb
      olunan işçi cizgilərinin tərtibi, həmin cizgilərə əsasən forma dəstlərin
      (qəliblərin) konstruktor sənədlərinin işlənilməsi və xarici partnyorlarımıza hazırlanması üçün sifariş verilməsi
  • Xarici ölkələrdə hazırlanmış forma dəstlərin ölkəmizə idxalının (bank xidmətləri, daşınma, gömrük xərcləri və s. daxil) təşkil olunması
  • Hazırlanmış forma dəstlərin (qəliblərin) istehsalata daxil edilməsi, şüşə butulkaların istehsalı və paletlərdə qablaşdırılması
  • Hazır məhsulun (şüşə butulka və ya banka) müştərilərə çatdırılması

Yuxarıda adları çəkilən xidmətlərin müştərilərimiz üçün iqtisadi cəhətdən daha əlverişli şərtlərlə həyata keçirilməsi üçün STD GLASS bütün lazımi resurslara malikdir.