Azərbaycan Rus Ingilis

Formadəst və ya şüşə qəlibləri müxtəlif çeşidli şüşə qabların (banka və butulkalar) və digər şüşə məmulatların (fincan, stəkan, pivə və çaxır bakalları və s.) istehsalı üçün tələb olunan texniki tərtibatdır. Yüksək keyfiyyətli şüşə banka və butulkaların hazırlanması üçün texnoloji tələbatlara cavab verən formadəstlərin seçilməsi çox vacibdir. Texnoloji tələbatlar dedikdə, sifarişçilər üçün vacib olan əsasən aşağıdakı göstəricilər nəzərdə tutulur:

  • Formadəstlərdə emal olunancaq məhsulların sayı
  • Formadəstlərin uzunömürlüyü
  • İstifadə olunmuş formadəstlərin bərpa oluna bilmə qabiliyyəti, istehsala təkrar tətbiq olunması imkanı və s.

STD GLASS şirkəti formadəstlərin hazırlanmasının təşkil olunmasında Almaniya, Çexiya, Rusiya və Çinin aparıcı istehsalçıları ilə əməkdaşlıq edir. Partnyorlarımız ilə birgə uğurlu fəaliyyət sayəsində müştərilərə formadəstlər ilə əlaqədar iki fərqli növ xidmətlər paketini təklif edirik:

İstehsaldan Öncə Edilən Xidmətlər – Original Formadəstlər

  • Formadəstlərin düzgün seçilməsində tərəfimizdən texniki dəstək göstərilməsi (sifarişlərinizi nəzərə alaraq formadəstlərin hazırlanacağı materialların markalarının təyin olunması, onların işləmə resurslarının müəyyənləşdirilməsi və s. daxil)
  • İstənilən çətinlik səviyyəsində olan forma dəstlərin mümkün qədər qısa müddətdə hazırlanması və müştəriyə çatdırılması (bank, daşınma, gömrük xidmətləri və s. daxil)
  • Sifariş edəcəyiniz şüşə banka və butulkaların sayından asılı olaraq formadəstlərə görə heç bir ilkin ödəniş və ya ümumiyyətlə heç bir ödəniş etmədən onların sifariş olunub istehsala daxil edilməsi

İstehsal Zamanı Göstərilən Xidmətlər – Yüksək İxtisaslaşmış Texniki İşçi Heyyəti

  • Müştərilər tərəfindən istehsalatımıza daxil edilən formadəstlərə iş zamanı düzgün texniki qulluq edilməsi (məs: keyfiyyətli soyuducu yağlayıcı maddələrdən istifadə etməklə formadəstlərinizin vaxtından tez sıradan çıxmasının qarşısının alınması və s.)
  • Müştərilər tərəfindən istehsalatımıza tətbiq olunması üçün verilən formadəstlərin ərimiş şüşə kütlə emal edəbilmə resurslarının müxtəlif qabaqcıl texnologiyaların köməyi ilə maksimum istifadə olunması

STD GLASS şirkəti hər bir müştəriyə fərdi olaraq yanaşır. Müştərilərin istək və tələblərini nəzərə alaraq, onların layihələrini reallaşdıra bilmələri üçün iqtisadi cəhətdən əlverişli xidmətlər təklif edir.

Layihələrinizi reallaşdırılmaq üçün biz öz xidmətlərimizi təklif edirik.

Xəbərlər

    STD HVAC
    İsitmə, Ventilyasiya, Kondisionerləşdirmə və Havalandırma sahəsində iş təcrübəsi olan zəhmətkeş gənclər bizim firmada işə qəbul ola bilərlər

  • Əlaqə
  • STD GLASS
    Şüşə sənayesində iş təcrübəsi olan zəhmətkeş gənclər bizim firmada işə qəbul ola bilərlər

  • Əlaqə
Saytımızın Qonaqları
Free counters!
Ümumi Məlumat

Geniş Xəritəyə bax
STD GROUP
Səməd Vurğun küç 20D. Sumqayıt, Azərbaycan
info@stdgroup-az.com

Tel: (+994) 1864-86231
Mob: (+994) 50 2153589 Fax: (+994) 1864-86232