Şirkət Haqqında
  
STD GLASS şirkəti yeyinti sənayesində və məişətdə istifadə olunan rəngsiz, şəffaf şüşə qabların (butulka və bankalar) istehsalı ilə məşğuldur. Şirkətimizdə xaricdə təhsil almış mühəndis konstruktor, texnoloq və şüşə formalaşdıran maşınlarda çalışan yüksək ixtisaslaşmış texniki işçi heyəti fəaliyyət göstərirlər.

STD GLASS şirkətinin istehsal sahəsi paytaxt Bakıdan 30 km aralıqda yerləşən və Azərbaycanın sənayə üzrə ikinci şəhəri olan Sumqayıtda yerləşir.

Şirkətimizdə bazar iqtisadiyyatının prinsiplərinə əsaslanaraq müasir və çevik istehsalat qurulmuşdur. İstehsalatımızda tətbiq etdiyimiz avtomatlaşdırılmış şüşə formalaşdıran avadanlığın texnoloji imkanları həcmi 100ml-dən 1000ml kimi olan şüşə butulkaların və 100ml-dən 3000ml kimi olan şüşə bankaların hazırlanmasını mümkün edir.